Türkiyənin İstanbul şəhərində Polis İdarəsinin "Vətən" küçəsindəki binası qumbaraatandan atəşə tutulub.
Teleqraf.com xəbər verir ki, mərmilər polis binasının yaxınlığına düşüb. Olay zamanı xəsarət alan olmayıb.
Hadisədən dərhal sonra bir nəfər ara küçələrə doğru qaçmağa başlayıb. Həmin şəxsin tutulması istiqamətində genişmiqyaslı əməliyyat başladılıb.