Ağ Evin rəsmi saytında Donald Tramp administrasiyasının proqramı dərc edilib.
APA-nın xəbərinə görə, proqram 6 bənddən ibarətdir.
Bəndlər arasında energetika, xarici siyasət, iqtisadi artım, yeni iş yerlərinin yaradılması, ordunun gücləndirilməsi, hüquq-mühafizə orqanlarına dəstək və ABŞ sərfəli olan ticarət müqavilələrin bağlanması yer alır.
Saytda həmçinin Donald Tramp, birinci xanım Melaniya Tramp, vitse-prezident Mayk Pens və həyat yoldaşı, eləcə də administrasiyaya daxil nazirlərin tərcümeyi-halları yerləşdirilib.