ABŞ-ın yeni prezidenti Donald Tramp inauqurasiya mərasimindən sonra seçkiqabağı kampaniyada verdiyi vədlə bağlı ilk addım atıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Tramp "Obamacare" adlanan səhiyyə islahatları ilə bağlı qanun layihəsinin ləvği ilə bağlı fərman imzalayıb.
Trampın fikrincə, bu qanun vətəndaşları yüksək xərclərlə qarşı-qarşıya qoyur.
Prezidentin imzaladığı digər fərmana əsasən, yeni rəhbərlərini gözləyən nazirlik və dövlət qurumlarının təyinata qədər fəaliyyəti dondurulub.
Samir