Türkiyə Silahlı Qüvvələri Suriyada həyata keçirdiyi Fərat Qalxanı əməliyyatında əl-Bab əyalətinin azad olunması üçün hücumlarını davam etdirir.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.
Bildirilib ki, son sutka ərzində 46 terrorçu öldürülüb, 16 silahlı yaralı ələ keçirilib, İŞİD-ə məxsus 21 sığınacaq məhv edilib. Əməliyyat zamanı 43 mina zərərsizləşdirilib.
Samir