Rusiyanın “Tu-22M3” tipli altı uzaq bombardımançısı Suriyanın Deyr-əz-Zor əyalətində İŞİD terrorçularının obyektlərinə qrup şəklində aviasiya zərbəsi endirib.
“Report” RNS-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Hədəf quldur dəstələrinin baza düşərgələri, silah-sursat anbarları, zirehli texnika və canlı qüvvələrinin toplaşma yeri olub”, - deyə məlumatda bildirilir.
Obyektiv nəzarət məlumatları ilə bütün nəzərdə tutulan hədəflərin uğurla məhv edildiyi təsdiqlənib.