22 Yanvar 2017 19:28
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaricə neft satışından əldə etdiyi külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunan Babək Zəncaniyə edam ediləcəyi bildirilib.

Bunu bu gün İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsini Ejeyi jurnalistlərə bildirib.


Q. Möhsini Ejeyi deyib ki, bu iş üzrə təqsirləndirilən digər iki nəfərin edam hökmü isə dayandırılıb və Ali Məhkəmənin qərarı ilə iş yenidən araşdırılması üçün istintaqa qaytarılıb: “Əgər müstəntiq araşdırma zamanı Babək Zəncaniyə suallar ünvanlamaq istəsə, bunu edə biləcək”.

Q. Möhsini Ejeyi nəzərə çatdırıb ki, bu iş üzrə hazırda bir müddət öncə İnterpolun vasitəsilə tutulub ölkəyə qaytarılan şəxsin istintaqı davam etdirilir.

Beləliklə, B.Zəncani edam hökmünün icrasını gözləyir.
\APA\


Müəllif:

Oxşar xəbərlər