23 Yanvar 2017 10:11
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın cənubunda hökm sürən fırtına və güclü yağışlar insan itkisinə səbəb olub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, təbiət hadisəsi zamanı 15 nəfər həlak olub, 30 nəfər xəsarət alıb.

Güclü yağışlar səbəbindən bir çox yaşayış evi suyun altında qalıb. Vaşinqton rəhbərliyi təcili olaraq, bölgəyə xilasedici qruplar göndərib. ABŞ prezidenti Donald Tramp Corciya və Florida ştatlarının qubernatorları ilə telefon əlaqəsi saxlayıb. Danışıqlar zamanı prezident ştatlara yardımın göndəriləcəyi ilə bağlı vəd verib.

Samir


Müəllif:

Oxşar xəbərlər