Xəbər verdiyimiz kimi, Qazaxıstanın paytaxtı Astanada Suriya sülh danışıqları başlayıb.
Teleqraf.com-un xəbərinə görə, artıq danışıqların açılış sessiyası başa çatıb. Sessiyanın sonunda hazırlanan mətndə bütün qrupların İŞİD və özünü "Fəth əl-Şam" adlandıran Ən-Nusra Cəbhəsindən ayrılmaları ilə bağlı çağırış yer alıb.
Bundan başqa, Türkiyə, Rusiya və İran hər iki terror təşkilatına qarşı birgə mübarizə aparacaq. Sənədin suriyalı müxaliflər tərəfindən imzalanacağı gözlənilir.
12.20
Qazaxıstanın paytaxtı Astanada Suriya danışıqları başlayıb.
Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, Dəməşq hökuməti və silahlı müxaliflər birinci dəfə danışıqlar masasına əyləşiblər.
Görüş Astananın "Rixos" otelində bağlı qapılar arxasında keçirilir. Görüşdən sonra mətbuat konfrası təşkil olunacaq. Konfrasında 300 əcnəbi və 100 yerli jurnalistin iştirak edəcəyi bildirilib.
Samir