Türkiyənin Edrəmit Bələdiyyəsi bu rayonun girişində üzərində dörd dildə “xoş gəlmişsiniz” ifadəsi həkk olunmuş tabloda ermənicə yazını sildirib.
Teleqraf.com türk mediasına istinadən xəbər verir ki, rayon bələdiyyəsinə yeni təyin olunmuş nümayəndə Atif Çiçəkli kürd, türk, erməni və ingiliscə “Erdəmitə xoş gəlmişsiniz” yazılmış tabloda ermənicə ifadəni çıxartdırıb.
Bir vaxtlar ermənilərin sıx yaşadığı Edrəmit Akdamar adasına ən yaxın rayondur. Akdamar adasındakı erməni Surb kilsəsində hər il sentyabr ayında xüsusi ayin keçirilir və çox sayda erməni turist buraya üz tutur. Ayin məqsədilə adaya gələn ermənilərə yönəlik xidmət çərçivəsində Edrəmit Bələdiyyəsi Məclisi rayonun bir çox ərazisində ermənicə tablolar yerləşdirib.
Qeyd edək ki, sözügedən tablo ötən ilin martında qoyulub.
Nərgiz