25 Yanvar 2017 13:51
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Uşaqlara qarşı amansız zorakılıq törədənlərə ömürlük həbs cəzası verilməlidir. Şəxsən mən onların ömürlük həbslə cəzalandırılmasının tərəfdarıyam”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” yeni qanun layihəsi barədə çıxış edərkən bildirib.

A.Naxçıvanlı deyib ki, bu məsələdə başqa alternativ çıxış yolu olmamalıdır: “Yəqin ki, uşaqlara qarşı amansız zorakılığın qarşısını almaq üçün müəyyən təkliflər hazırlayıb Milli Məclisdə qaldıra bilərik”.

Komitə üzvü olan deputat Astan Şahverdiyev isə bildirib ki, Azərbaycanda yetkinlik yaşına çatmayanları terror qruplarına qoşulmağa, narkotik maddələrə və “uşaqbazlığ”a təhrik edənlərə qarşı cəzalar daha da sərtləşdirilməlidir: “Belə şəxslərə qarşı ömürlük həbz cəzası verilməsini məqbul hesab edirəm”.

Cavad


Müəllif:

Oxşar xəbərlər