25 Yanvar 2017 15:33
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran nüvə sazişinin şərtlərinə və onun icrasına sadiq qalacaq”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu sözləri İranın Atom Enerjisi Təşkilatının rəisi Əli Əkbər Salehi deyib.

Onun sözlərinə görə, İran nüvə sazişini pozan tərəf olmayacaq: “Əgər Amerika bu sazişlə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etməsə, o zaman biz də nüvə sazişindən əvvəlki şəraitə və vəziyyətə qayıdacağıq. Belə olduqda isə, biz yox, Amerika hökuməti bundan ziyan görəcək”.


Əli Əkbər Salehi həmçinin, Amerikanı dünyanın böyük banklarının İran bank sistemi ilə əməkdaşlığına mane olmaqda günahlanıb. O bildirib ki, buna baxmayaraq, İrana qarşı tətbiq edilən beynəlxalq sanksiyaların ləğvi ölkəyə müsbət təsir göstərib: “Boeing” və “Airbus” kimi nəhəng şirkətlərlə imzalanan və ümumi dəyəri on milyardlarla dollar olan müqavilələr İran iqtisadiyyatının daha da canlanmasına səbəb olub”.

Samir


Müəllif:

Oxşar xəbərlər