25 Yanvar 2017 22:53
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sarkisyanın rəhbərlik etdiyi hakim Ermənistan Respublikaçılar Partiyasının aparıcı simalarından olan sabiq baş nazir Hovik Abrahamyan partiyanı tərk etməsi haqqında yayılan məlumatları təsdiqləyib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Abrahamyan feysbuk səhifəsində hakim partiyadan çıxmaq haqqında ərizə verdiyini açıqlayıb.

"Mən həyatımda ən mühüm və mürəkkəb qərarlardan birini qəbul edərək, bəyan edirəm ki, Ermənistan Respublikaçılar Partiyasında üzvlüyümə xitam verirəm", - Abrahamyan yazıb.

Abramyan hakim partiyadan çıxdıqdan sonra da siyasətlə fəal məşğul olacağını bildirib.

Qeyd edək ki, Abramyan 2008-2011 və 2012-2014-cü illərdə Ermənistan Milli Məclisinin sədri, 2014-cü ilin aprelindən 2016-cı il sentyabrınadək ölkənin baş naziri olub.


Müəllif:

Oxşar xəbərlər