26 Yanvar 2017 13:56
2 394
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinə Özbəkistanı xüsusi təhlükəli ölkələr sırasına daxil edən qanun layihəsi təqdim olunub.

Teleqraf.com Nuz.uz saytına istinadla xəbər verir ki, sənəd Özbəkistandan ABŞ-a terrorsitlərin gəlmə ehtimalı ilə əsaslandırılıb.

"Təhlükısizlik Aktı"nın müəllifi Kentukki ştatından senator Rendom Pol Özbəkistan vətəndaşlarına viza müddətini hazırkı 5 gün əvəzinə 30 gündən yuxarı qaldırmağı və bu ölkədən gələn qaçqınlara nəzarəti gücləndirməyi təklif edir.

Özbəkistandan başqa ABŞ üçün xüsusi təhlükəli sayılan ərazilərə aşağıdakı ölkələr də daxildir: Əfqanıstan, Əlcəzair, Bəhreyn, Banqladeş, Misir, Eritreya, İndoneziya, İran, İraq, İordaniya, Qazaxıstan, Küveyt, Qırğızıstan, Livan, Liviya, Mali, Marokko, Nigeriya, Şimali Koreya, Oman, Pakistan, Rusiya, Qətər, Səudiyyə Ərəbistanı, Somali, Sudan, Suriya, Tacikistan, Tunis, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən Fələstin.

MAHİR


Müəllif:

Oxşar xəbərlər