26 Yanvar 2017 14:23
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksika prezidenti Enriki Penya Nyeto amerikalı həmkarı Donald Trampın təklifinə cavab verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, bununla bağlı jurnalistlərə açıqlamasənda bildirib ki, Meksika Trampın sərhəddə tikmək istədiyi divara görə vəsait ödəməyəcək: "Mən dəfələrlə demişəm ki, heç bir divara görə vəsait ödəməyəcəyik. Meksika divarlara inanmır".

Lakin o, ABŞ-ın yeni prezidenti ilə görüşmək üçün yanvarın 31-də Vaşinqtona səfərinin ləğv edilməsi və ya təxirə salınması barədə heç nə deməyib.

Qeyd edək ki, Tramp ABŞ-Meksika sərhədində divarın tikilməsi ilə bağlı fərman imzalayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər