26 Yanvar 2017 16:09
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş baş naziri Ovik Abramyanın qardaş oğlu Arsen Abramyan Armavir şəhərinin polis idarəsinin rəisi vəzifəsindən istefa verib.

Teleqraf.com xəbər verir ki, o, istefasının əmisi Ovik Abramyanın Ermənistan Respublikaçılar Partiyasında üzvlüyünə xitam verməsi ilə əlaqəli olmadığını deyib: "Bu, mənim şəxsi qərarımdır, mən hərbi qulluqçuyam, tutduğum vəzifədən azad olunmaq üçün idarənin başçısına raport təqdim etmişəm".

Qeyd edək ki, Serj Sarkisyanın rəhbərlik etdiyi hakim Ermənistan Respublikaçılar Partiyasının aparıcı simalarından olan sabiq baş nazir Ovik Abramyan partiyanı tərk edib. Abramyan hakim partiyadan çıxdıqdan sonra da siyasətlə fəal məşğul olacağını bildirib. Abramyan 2008-2011 və 2012-2014-cü illərdə Ermənistan Milli Məclisinin sədri, 2014-cü ilin aprelindən 2016-cı il sentyabrınadək ölkənin baş naziri olub.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər