26 Yanvar 2017 17:44
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İŞİD terrorçularına qarşı onların öz üsulları ilə döyüşməliyik".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib. Onun sözlərinə görə, terrorçularla mübarizədə su ilə işgəncə kəsərli üsuldur: "Biz eyni səviyyədə vuruşmuruq. Müdafiə Naziri Ceyms Mattis və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mike Pompeo ilə bu məsələni məsləhətləşəcəm".

NATO-nun baş katibi Yens Stoltenberq Trampın bu fikirlərini qiymətləndirib: "Bütün NATO əməliyyatları beynəlxalq qanunlar çərçivəsində həyata keçirilir. Bu, NATO siyasətidir və NATO siyasəti olmaqda davam edəcək".

Qeyd edək ki, su ilə işgəncə zamanı işgəncə verilən şəxs üzüaşağı şəkildə bir taxtaya bağlanır və onun ağzının üstündə bir parça əsgi yerləşdirilir. Daha sonra onun üzünə su tökülür və bu ağ ciyərlərinin su ilə dolduğu hissiyatını yaradır. Hazırda ABŞ-da su ilə işgəncə üsullarının tətbiqi rəsmi şəkildə qadağan edilib.

Samir


Müəllif:

Oxşar xəbərlər