Fransanın xarici işlər naziri Jan-Mark Eyro gələn həftə nümayəndə heyəti ilə Tehrana səfər edəcək.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu İranın Parisdəki səfiri Əli Əhani bəyan edib ki.
Onun sözlərinə görə, Eyronun səfəri Fransa və İran birləşdirilmiş iqtisadi komissiyasının ilk iclası ilə üst-üstə düşür.
Ahəni qeyd edib ki, birləşdirilmiş iqtisadi komissiyasının sədrləri Eyro və onun iranlı həmkarı Məhəmməd Cavad Zərif olacaq.