Fransa Konstitusiya Məhkəməsi 1915-ci il hadisələrinə dair erməni iddialarını da əhatə edən "Bəzi cinayətlərin inkar edilməsinin kriminallaşdırılmasına" dair qanunu ləğv edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, qərarda mövcud qanunvericiliyin fonunda nifrətin daha da alovlandırılmasının lazımsız olduğu vurğulanıb:
"Bu qanun cinayət təşkil etməyən hadisələrə görə cəzalandırmaya yol açır. Eyni zamanda qanun tarixçilər tərəfindən araşdırılması tələb olunan hadisə ilə bağlı hər-hansı ifadənin qanuni olub-olmaması məsələsində qeyri-müəyyənliyə səbəb olur. Bu səbəbdən qeyd olunan qanun söz azadlığına bir zərbədir".
Qeyd edək ki, qanunun Fransa parlamentində qəbul olunması Türkiyə və Fransadakı türk cəmiyyətinin sərt reaksiyasına səbəb olmuşdu. Türk dərnəklərinin müvafiq müraciəti əsasında qanun yekun qərarın qəbul olunması üçün Konstitusiya Məhkəməsinə göndərilmişdi.
Samir