"Əgər Meksika bu qədər vacib bir divarın inşası üçün vəsait ödəmək istəmirsə, onda gözlənilən görüşü təxirə salmaq daha yaxşıdır".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
Meksika prezidenti Enrike Penya Nyeto isə açıqlama verәrәk yanvarın 31-də ABŞ-a planlaşdırdığı səfərini ləğv etdiyini bildirib: ‘‘Yanvarın 31-dә ABŞ-a planlaşdırdığım sәfәri lәğv etdiyimi Ağ Evә bildirdim. Meksika hər iki ölkəyə fayda gətirəcək sazişlərin əldə olunması üçün ABŞ-la işləmək niyyətində olduğunu bir daha bəyan edir”.
Ağ Evin mətbuat katibi Şon Spayserin sözlərinə görə, Tramp Meksikadan idxala 20 % vergi tətbiq edəcək və yığılan vəsait divarın tikilməsinə sərf olunacaq.
Samir