İŞİD terrorçuları İraqın Mosul şəhərinə hücum ediblər.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, hücum zamanı azı 20 dinc sakin öldürülüb.
Məlumatlara görə, terrorçular bir neçə yaşayış evinə od vurublar.
Qeyd edək ki, Mosulun azad olunması üçün quru əməliyyatları ötən il oktyabrın 17-də başlayıb.
Samir