28 Yanvar 2017 18:49
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksika Prezidenti Enrike Penya Nyeto ABŞ-dakı meksikalı miqrantların qorunmasına 47,5 milyon dollar yönəldəcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Meksika Senatının rəhbəri Pablo Eskudero söyləyib.

“Prezident artıq maliyyə nazirinə tapşırıq verib ki, 1 milyard pesonu miqrantların müdafiəsinə yönəltsin. Əgər ehtiyac yaranarsa, prezident yenə maliyyə ayıracaq” – o bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın miqrant axınının qarşısını almaq üçün Meksika ilə sərhədə divar çəkmək istəməsi Mexiko ilə Vaşinqton arasında münasibətləri gərginləşdirib.


Müəllif:

Oxşar xəbərlər