28 Yanvar 2017 22:59
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika İslam Əlaqələri Şurası (Council on American-Islamic Relations, CAIR) prezident Donald Trampın qaçqınların qəbulunun dayandırılması və müsəlman ölkələrinin vətəndaşlarının ölkəyə girişinə qadağan olunmasına dair fərmanları ilə bağlı iddia qaldırmağı planlaşdırırlar.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın saytında bildirilir.


“İddia fərmanın konstitusiyaya uyğunluluğunu sual altına qoyur, belə ki, sənədin məqsədi və motivi İslam dininə mənsub insanların ABŞ-a girişinə qadağa qoymaqdır. Fərmanın əsasında real vəziyyət yox, dözümsüzlük hissi durur. Fərman ABŞ konstitusiyasının əsas müddəalarını şübhə altına alır ”, - deyə CAIR-ın məlumatında qeyd olunur.


20 nəfərdən çox şəxsin adından qaldırılacaq iddia barədə məlumat CAIR tərəfindən rəsmi olaraq yanvarın 30-da elan edəcək.


Müəllif:

Oxşar xəbərlər