Niderland yoxsul ölkələrdə planlaşdırılmayan hamiləliyin qarşısının alınması üçün beynəlxalq qeyri-hökumət təşkilatlarına 10 milyon dollar yardım edəcək.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi Amsterdam bu qərarı ABŞ prezidenti Donald Trampın bu yardımı ləğv etməsindən sonra verib.
Holland ekspertlərinin qiymətləndirilməsinə görə, yoxsul ölkələrdə icra edilən bu proqramların maliyyələşdirilməsi üçün 600 milyon dollar lazımdır.
Hüquq müdafiəçiləri hesab edirlər ki, yoxsul ölkələrdə abortların aparılması üçün maliyyənin dayandırılması burda kasıbların həyatını daha da ağırlaşdıracaq.
Niderland əhalinin reproduktiv hüququnu müdafiə edən ən liberal qanunların işlədiyi ölkə kimi tanınır.