30 Yanvar 2017 08:18
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrə ABŞ prezidenti Donald Trampın müsəlman ölkə vətəndaşlarının Amerikaya girişini yasaqlayan sərəncamını dini diskriminasiyanı qızışdırmaq cəhdi kimi qiymətləndirib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, İsveçrənin xarici işlər naziri Didier Burkhalter yazılı açıqlamasında Trampın qərarının səhv olduğunu bildirib.

İtaliyanın baş naziri Paolo Gentiloni də Trampın qərarını insan haqlarının təməl hüquqlarına zidd olduğunu bildirib.

Qeyd edək ki, Tramp İran, İraq, Yəmən, Liviya, Somali və Sudan vətəndaşlarına 90 günlük viza rejiminin ləğv edilməsinə dair qərar qəbul edib.


Müəllif:

Oxşar xəbərlər