PKK terror təşkilatının həbsdə olan lideri Abdulla Öcalanın Moskvada səfərdə olan bacısı qızı, deputat Dilek Öcalanın barəsində cinayət işinin açılmasına baxmayaraq Türkiyəyə qayıtmaq niyyətindədir,
Teleqraf.com xəbər verir ki, Türkiyə prokurorluğu onu terrorçuluğu təbliğ etməkdə ittihamlayır.
"Məni məhkəməyə çağırıblar. Fevralın 1-də həbsim gözlənilir. Bu məni qorxutmur. Bizim çoxlu insanlarımız həlak olub. Onların mübarizəsi mənə güc verir", - deyə Rusiya KİV-nə müsahibəsində D.Öcalan vurğulayıb.
Qeyd edək ki, Dilek Öcalan HDP-nin namizədi olaraq 2015-ci ildə deputat seçilib.