Suriya prezidenti Bəşər Əsədin xəstəxanaya aparılması ilə bağlı dünya mediasında fərqli məlumatlar yer alıb.
Teleqraf.com xəbər verir ki, "Əl-Cəzirə" telekanalı Suriya prezidenti Bəşər Əsədin komaya düşməsi ilə bağlı iddia irəli sürüb. Liviyanın "Əl-Müstaqbal" qəzeti Əsədin beyin iflici keçirdiyini və xəstəxanaya qaldırıldığını yazıb.
Liviyanın "Əl-Diyar" qəzeti də Əsədin iflic olduğunu bildirib. Səudiyyənin "Aşarq əl-Avsat" qəzeti Suriya prezidentinin daxili müharibədən psixoloji sarsıntı keçirdiyini bildirib.
Suriya rejimi isə yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.
Samir