8 İyul 2014 14:48
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kəskin tələblərə baxmayaraq, onu tutdurmadım”

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili iyulun 7-də vəfat edən sələfi Eduard Şevardnadzenin ölümü ilə bağlı açıqlama yayıb. Teleqraf.com-un məlumatına görə, açıqlamada deyilir: “Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin ölümü ilə bağlı onun ailəsinə və yaxınlarına başsağlığı verirəm. Eduard Şevardnadze Sovet İmperiyasının süqutu və postsovet Gürcüstanının mürəkkəb və dramatik dövründə fəaliyyət göstərən çox vacib siyasi xadim olub. Onun tarixdəki rolu hələ uzun müddət tarixçilər tərəfindən tədqiq olunacaq”.

M.Saakaşvili hakimiyyətə gəldikləri ərəfədə və ondan sonrakı dövrdə eks-prezidentlə münasibətlərindən danışıb: “2003-cü ildə biz hakimiyyətə gəldikdən sonra cəmiyyətin əhəmiyyətli hissəsinin və çoxlu sayda siyasi xadimin onu mühakimə etməklə bağlı kəskin tələblərinə baxmayaraq biz bundan imtina etdik. Belə hesab etdik ki, bu addımı atmaq prezident institutunu və bütövlükdə Gürcüstanın imicini zədələyə bilər. Bundan əlavə, mənim göstərişimlə o, prezident iqamətgahından çıxarılmadı və digər imtiyazları saxlanıldı. Düşünürəm ki, bu, düzgün qərar idi. Eduard Şevardnadzenin hazırkı hakimiyyəti, özünün aktiv tərəfdarları olan şəxsləri məni və mənim silahdaşlarımı məsuliyyətə cəlb etmək və həbs etdirməklə bağlı mütəmadi etdiyi çağırışlarına baxmayaraq mən bu gün də həmin mövqeyimdə qalıram.

Bu gün Saakaşvili Prezident Kitabxanasında prezident Qamsaxurdiyanın stendi ilə yanaşı Eduard Şevardnadzenin də stendi var.

Müxtəlif siyasi dünyagörüşlərə baxmayaraq, biz Gürcüstan vətəndaşları kimi Gürcüstanın ikinci prezidentinin şan-şövkətini ləyaqətli şəkildə onun özünə qaytarmalıyıq.

Qoy onun yatdığı yer pərqudan olsun!”

Səxavət


Müəllif: