İraq parlamenti yanvarın 30-da hökuməti ABŞ prezidenti Donald Trampın miqrantlarla bağlı qərarına qarşı cavab tədbirləri görməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat verib.
Daonald Tramp bundan əvvəl İraq da daxil olmaqla 6 müsəlman ölkəsinin vətəndaşlarına qarşı 90 günlük viza qadağası tətbiq edilməsi barədə sərəncam imzalayıb.
ABŞ prezidentinin İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarının ABŞ-a girişini dondurmaq qərarı Yaxın Şərq və Afrika ölkələrinin qəzəbinə səbəb olub.
İraq parlamentinin deputatları hökumətdən ABŞ-a qarşı müvafiq addım atılmasını tələb ediblər.
Parlament həmçinin BMT və “Ərəb dövlətləri liqası”nı miqrantların mövqeini müdafiə etməyə çağırıb.
İraqın baş naziri Heydər al-Abadi hələlik məsələyə münasibət bildirməyib.