Çinin Ninbo liman şəhərindəki zooparkda pələng təsadüfən qəfəsə düşən kişini parçalayıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə gələn polislər pələngi güllələyiblər. Kişini qəfəsdən çıxararaq yaxınlıqdakı xestəxanaya çatdırsalar da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Janq familyalı bu şəxs yoldaşı və uşaqları üçün bilet alsa da, pula qənaət olsun deyə, özü hasardan zooparka daxil olmaq istəyib. Pələng hasardan qarşısına tullanan kişiyə aman verməyib.
Faciə digər ziyarətçilərin gözü qarşısında baş verib. Bəzilər hadisəni telefona çəkiblər. Beləliklə, hadisənin fotoları və videosu sosial şəbəkələrdə paylaşılıb.
Videoda yerdə uzanan mavi gödəkçəli kişiyə bir pələngin yaxınlaşdığı, onun kişinin boynunu və başını dişlədiyi, digər pələnglərin isə kişini mühasirə etdikləri görünür.
Fişəng səsləri eşidən pələnglərdən ikisi qaçıb, lakin biri kişini dişiylə gəmirməyə davam edib. Zoopark işçilər fişənglə pələngləri qovmağa cəhd etdiklərini söyləyiblər.
Hadisədən dərhal sonra ziyarətçilərin zooparka girişi dayandırılıb.
Teleqraf.com həmin videonu təqdim edir:
Elvin