Milli Məclisin deputatları Ülviyyə Ağayeva, Dilarə Cəbrayılova və Pərvin Kazımzadə sabah Koreyanın paytaxtı Seula səfər edəcək.
Teleqraf.com xəbər verir ki, deputatlar Dünya Sülh Federasiyasının “Sülh, təhlükəsizlik və insan inkişafı” mövzusunda IV Dünya Sammitində iştirak edəcək.
Tədbirdə müxtəlif ölkələrin parlamentariləri, ictimai-siyasi xadimlər, din nümayəndələri iştirak edəcəklər. Toplantıda müasir dünyada gedən mürəkkəb proseslər fonunda sülhün və sabitliyin təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq.
Azərbaycan parlamentinin üzvləri mövzu ilə bağlı fikirlərini açıqlayacaq, təkliflərini verəcəklər.
Cavad