Yəmən sahillərində Səudiyyə Ərəbistanının döyüş gəmisinə hücum olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Hudaydah şəhər limanı yaxınlığında İranın dəstələdiyi husi döyüşçüləri gəmiyə raket atıblar.
Hadisə zamanı gəmidə güclü partlayış olub. Partlayış nəticəsində azı 2 əsgər həlak olub.
Qeyd edək ki, hazırda Yəmən faktiki olaraq 3 qrupun nəzarətindədir. Ölkənin bir hissəsi Abdurrabu Mansur Hadi, ikinci hissəsi husilər və üçüncü hissəsi "Əl-Qaidə" terrorçularının nəzarətindədir.
Samir