İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-a gərginlik yaratmamaq barədə xəbərdarlıq edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, bununla bağlı fransalı həmkarı Cin-Mark Ayrault ilə birgə mətbuat konfrasında danışıb.
Zərif bildirib ki, ölkəsinin həyata keçirdiyi ballistik raket sınağı P5+1 ölkələri ilə əldə olunan nüvə sazişinə və BMT Təhlükəsizlik Şurasının qərarlarına qarşı deyil.
Ancaq İran XİN rəhbəri sınaqla bağlı məlumatı nə təkzib, nə də təsdiq edib. Zərifin sözlərinə görə, İran heç vaxt başqa ölkələrə hücum üçün bu raketlərdən istifadə etməyəcək.
Samir