31 Yanvar 2017 19:57
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna prezidenti Pyotr Poroşenkonun Qərbə səfərlərinin Donbasda münaqişənin gərginləşməsi ilə müşayiət olunması təsadüf deyil, bu qanunauyğunluqdur”.

Bu sözləri ölkənin şərqindəki vəziyyəti şərh edən politoloq Ruslan Bortnik deyib.

“Vəziyyətin kəskinləşməsi Ukraynanın taleyi üzrə danışıqların növbəti mərhələlərinin başlanması ilə bağlıdır. Danışıqlarda sıçrayış nəzərdə tutulan kimi vəziyyət gərginləşir. Müvafiq olaraq, prezidentin səfərləri bu gərginliyə uyğun gəlir. Düşünürəm ki, Avdeyevka Tramp və Putinin danışıqlarına reaksiyadır", - deyə o bildirib.

Politoloqun fikrincə, döyüşlər “müharibə partiyaları”nın danışıqların nəticələri üzərində kənardan keçirilən testdir: “Testin nəticəsi hələ ki sıfırdır. Nə Rusiya, nə də “respublikalar”ın mövqeyində heç nə dəyişməyib. Silahların bütün nomenklaturasından istifadə onun nümayişidir ki, heç kim öz mövqeyini tərk etmir”.
Qeyd edək ki, Ukraynanın şərqində vəziyyət son iki gündə yenidən gərginləşib. Donetsk vilayətinin Avdeyevka qəsəbəsinin ətrafında hökumət qüvvələri ilə separatçılar arasında şiddətli döyüşlər gedir. Hakimiyyət qəsəbə əhalisinin təxliyyəsinə hazırlaşır.

“Donetsk Xalq Respublikası” separatçı qurumun nümayəndəsi Eduard Basurin jurnalistlərə açıqlamasında iki gün ərzində 80 Ukrayna hərbi qulluqçusunun öldüyünü, 70-dən çoxunun yaralandığını bildirib. Ukrayna ordusunun 72-ci qvardiyası isə rəqibin 100-dən çox itki verdiyini açıqlayıb. Onlardan təxminən 60 nəfərinin Rusiya hərbi qulluqçusu olduğu bildirilir.

Almaniya səfərini yarımçıq qoyaraq Kiyevə qayıdan Ukrayna prezidenti Pyotr Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının Hərbi kabinetinin təcili toplantısını çağırıb.
/Publika.az/


Müəllif:

Oxşar xəbərlər