1 Fevral 2017 08:35
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Donald Trampın 7 müsəlman ölkəsinin vətəndaşlarına tətbiq etdiyi viza qadağası "ayrı-seçkilikdir, yanlış addımdır".

Teleqraf.com xəbər verir ki, bunu İngiltərənin daxili işlər naziri Amber Rudd bildirib.

Parlamentdəki çıxışı zamanı nazir qeyd edib ki, Trampın qadağası İŞİD-ə təbliğat fürsəti verəcək: "Yasaq bütün müsəlmanlara şamil edilməyib, amma yenə də bundan istifadə edənlər olacaq. İŞİD gərginliyi artıracaq, insanları radikallaşdıracaq, ətrafında daha sıx birləşdirəcək"

Qeyd edək ki, İngiltərə ictimaiyyəti Trampın qərarına kəskin etiraz bildirib. Baş nazir Tereza Mey ABŞ səfəri zamanı Trampı ölkəsinə dəvət etmişdi. Səfərin təxirə salınması üçün İngiltərə vətəndaşları internetdə 1,7 milyon imza toplayıb. İmzaların rəsmiləşdirilməsi üçün parlamentə müraciət edilib. Millət vəkilləri məsələnin parlamentdə müzakirəyə çıxarılacağına söz veriblər.

Ayxan


Müəllif:

Oxşar xəbərlər