1 Fevral 2017 14:20
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Senatında demokratlar prezident Donald Trampın ədliyyə, maliyyə və səhiyyə naziri vəzifələrinə namizəd göstərdiyi şəxlərlı bağlı səsverməni gecikdirirlər.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, demokrat senatorlar Ceff Sessionsun ədliyyə naziri vəzifəsinə namizədliyi ilə bağlı səsverməni Senat Məhkəmə Komitəsinin sessiyasını uzadaraq qarşıdakı çərşənbə gününə qədər təxirə salıblar.

Demokratlar maliyyə və səhiyyə nazirləri vəzifələrinə göstərilən namizədlər Stiven Mnuçin və Tomas Prays ilə bağlı səsvermələri də boykot ediblər. Boykot səbəbindən səsvermə təxirə salınıb.


Samir


Müəllif: