İsrailin Şərqi Qüdsdə yəhudi məhəllələri salmasına Türkiyə sərt reaksiya verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bildirilib ki, Türkiyə İsrailin işğal altındakı Fələstin torpaqlarında qanunsuz olaraq 3 min ev tikməsini qınayır. Açıqlamada beynəlxalq təşkilatların xəbərdarlıqlarına rəğmən İsrailin sülh danışıqlarına zərbə vurduğu qeyd edilib.
Samir