2 Fevral 2017 19:27
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Korrupsiyaya görə həbs edilən məmurların azadlığa çıxmasına yol açan fərmanın qəbulundan sonra Rumıniyanın paytaxtı Buxarestdə hökumət əleyhinə bu günə qədər baş tutmuş ən böyük etiraz aksiyası keçirilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, aksiyada 150 min insan iştirak edib. Nümayişlər polislə etirazçılar arasında toqquşmalarla nəticələnib. Polis gözyaşardıcı qazdan istifadə edib.

Etirazlar Avropa İttifaqının Rumıniyaya korrupsiyanı məğlub etmək səylərindən geri çəkilməklə bağlı xəbərdarlıq etməsindən sonra keçirilib. Aksiya iştirakçıları "İstefa" və "Oğrular, oğrular" kimi şüarlar səsləndiriblər.

Qeyd edək ki, Sosial Demokrat Partiyasından olan baş nazir Sorin Qrindinunun başçılıq etdiyi solçu hökumət hesab edir ki, həbsxanalarda darısqallığı yüngülləşdirmək lazımdır. Müxalifət isə baş nazirin korrupsiyaya görə məhkum olunmuş müttəfiqlərini azad etməyə çalışdığını deyib. Məlum fərman çərşənbə axşamı imzalanıb. Fərmana görə, məbləğ yalnız 44 min avrodan çox olarsa, vəzifə səlahiyyətlərindən sui-istifadə azadlıqdan məhrum etmə cəzası ilə nəticələnə bilər.

Qərardan ilk faydalanan Sosial Demokrat Partiyasının lideri Liviu Draqnea ola bilər. O, 24 min avro dəyərində rüşvət almaqda ittiham edilib.

Samir


Müəllif: