3 Fevral 2017 10:37
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kansleri Angela Merkelin Türkiyə səfərindən yazan “Die Zeit” qəzeti iki ölkənin əlaqələrini evlilik münasibətləri ilə müqayisə edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qəzetin bu mövzuda məqaləsi "Xəyal qırıqlığı yaşanan eşq" başlığı ilə dərc olunub.

Məqalədə deyilir: "Türk-alman əlaqələri bir evlilik olsaydı, ötən il çoxsaylı ərizələr verilmişdi. Cütlüklərdən biri o birisini xəyanət, təhdid və Rusiya ilə münasibətdə suşlayırsa, qarşı tərəf də onun əhdə vəfa etməməsi səbəbilə xəyal qırıqlığına uğradığını, çevriliş cəhdindən sonra dəstək görmədiyini bildirib əsəbiləşir".

Qəzet sözünə belə davam edir: "Ancaq arada uşaqlar var. Milyanlara çatan türk diasporu, milyardları aşan iqtisadi əlaqələr... Ən kiçik uşaq isə geri qəbul anlaşmasıdır (Suriyadan miqrant axını ilə bağlı razılşma nəzərdə tutulur-red.)".


“Die Zeit” Angela Merkelin son səfərini "ailənin xilasına cəhd" kimi dəyərləndirib.

MAHİR


Müəllif:

Oxşar xəbərlər