3 Fevral 2017 11:59
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın şərqində yerli qüvvələrlə rus separatçılar arasında döyüşlər davam edir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, son sutka ərzində separatçılar qarşı tərəfin mövqelərinə 50 ədəd "Qrad" RSZO BM-21 raketi atıblar. Döyüşlər zamanı 4 silahlı öldürülüb, 17-si xəsarət alıb. Separatçıların zərbələri zamanı 3 dinc sakin də həlak olub. Toqquşmalar zamanı bölgədə olan britaniyalı fotoqraf Kristofer Nun da yaralanıb. O, qısa zamanda döyüş bölgəsində çıxarılıb və xəstəxanaya yerləşdirilib.

Qərargahın məlumatında bildirilib ki, Ukrayna Silahlı Qüvvələri Donetsk bölgəsinə artilleriya zərbələri endirməyib: "Bəzi media orqanlarında və sosial şəbəkələrdə Ukrayna ordusunun artilleriyadan atəş açması xəbəri yayılıb. Bu informasiya həqiqətə uyğun deyil".

Bu arada, "Bellingcat" saytının yaydığı xəbərə görə, separatçılar "Qrad"lardan atəş açmaq üçün yaşayış məntəqələrini seçirlər: "Onlar bununla qarşı tərəfin fikrini yayındırmağa və dinc sakinlər arasında itkilərin sayını artırmağa çalışırlar. Araşdırmalar zamanı raketlərin yaşayış binalarının yaxınlığından atıldığı məlum olub".

Samir


Müəllif: