3 Fevral 2017 13:03
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Silahlı Qüvvələrinə məxsus "Ural" markalı hərbi avtomobil qəzaya uğrayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı avtomobildə 20 əsgər olub. Məlumatlara görə, hadisə zamanı avtomobil Qexi Syunisk vilayəti ərazisindəki meşədə çaya aşıb.

İlkin məlumatlara görə, qəza zamanı xəsarət alan olmayıb. Hadisənin dəqiq səbəbləri məlum deyil.

Qeyd edək ki, ötən gün də oxşar hadisə baş vermişdi. Qəza zamanı 26 əsgər yaralanmışdı.

Samir


Müəllif: