3 Fevral 2017 13:30
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən ABŞ-ın Maliyyə Nazirliyinin Rusiya Federal Təhlükəsizlik xidmətinə qarşı sanksiyaları yüngülləşdirməsi ilə bağlı xəbər yayılmışdı.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Amerikanın motosiklet istehsal edən məşhur "Harley Davidson" şirkətinin rəhbərləri ilə görüşündə məsələyə aydınlıq
gətirib.

O, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların yüngülləşdirilməsi ilə bağlı heç bir qərar vermədiyini bildirib: "Mən heç nəyi yüngülləşdirmədim".

Qeyd edək ki, xəbər nazirliyin rəsmi saytında yerləşdirilmişdi. Xəbərdə bildirilirdi ki, ABŞ Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən təqdim olunan məhsulları "almaq, istifadə etmək, icazə, lisenziya, sertifikat üçün ödəniş etməyə" icazə verir. Bununla yanaşı ödənişin ümumi həcmi il ərzində 5 min dolları ötməməlidir. Krıma istənilən mal və texnologiyanı ixrac etmək qadağası isə qüvvədə qalır.

Samir


Müəllif:

Oxşar xəbərlər