23 Aprel 2014 13:26
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 17-də Ukraynanın Donetsk vilayətində keçirilən mitinqda özünü Qorlovkanın qubernatoru elan edən “Donetsk xalq respublikası” adından çıxış edən Anton Kosenko, səndemə Rusiyanın paytaxtı Moskvada yaşayan və çalışan aktyor imiş.

Teleqraf.com-un yaydığı məlumata görə, bu barədə Gorlovka.ua yeni “qubernator” haqqında araşdırma apararkən məlumat toplamağa müvəffəq olub.

Belə ki, Kosenko, 2011-ci ildən etibarən, rus kastinq saytlarında qeydiyyatda keçərək, “xarici pasportum var, istənilən vaxt, çəkilişlər və digər məqsədlər üçün istənilən ölkəyə köçməyə hazıram” yazıb. Gənc aktyor, xüsusiyyətlər bölməsində boğaz nahiyəsində iri döymə olduğunu qeyd edibmiş. Həmin döyməni Qorlovka sakinləri aydın görmək imkanına malik olublar.

Lakin, bir müddət sonra, yeni “qubermator”un müəmmalı şəkildə yox olduğu bildirilir. Rusiyalı aktyorun yeri hələ də bəlli deyil.

Ülviyyə


Müəllif:

Oxşar xəbərlər