Rəsmi Tehran ABŞ-ın tətbiq etdiyi yeni sanksiyaları qeyri-legitim adlandırıb.
Teleqraf.com APA-ya istinadən verdiyi xəbərə görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib.
“Yeni sanksiyalar ABŞ-ın öhdəlikləri və İranla “altılıq” ölkələri arasında əldə edilən sazişə dair BMT-nin qətnaməsi ilə uzlaşmır”, deyə Zərif bildirib.
Onun sözlərinə görə, rəsmi Tehran cavab addımları atacaq: “Tərəfimizdən ABŞ-ın bir sıra fiziki şəxsi və təşkilatına qarşı məhdudiyyətlər tətbiq ediləcək”.