4 Fevral 2017 12:29
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqon ştatı Sietl şəhərinin federal məhkəməsi ABŞ prezidenti Donald Trampın miqrasiya ilə bağlı fərmanının icrasını müvəqqəti dayandırıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı qərar fevralın 3-də verilib.

“Bu qərar hazırda hakimiyyətin fərmanının ləğvi deməkdir”, deyə ştatın prokuroru Bob Ferqyussonun bəyanatında bildirilib.

Qərar Miçiqan ştatının Şərq dairəsi məhkəməsinin rezidentlərin daimi nümayəndlərinin və etibarlı vizaları olan şəxslərin ABŞ ərazisinə girişinin məhkəmə tərəfindən qadağan olunub-olunmamasına dair sorğusuna əsasən çıxarılıb.

Tramp administrasiyası prezidentin fərmanını müdafiə edərək federal hakimin qərarı ilə əlaqədar dərhal bəyanat verib və həmin hakimin qərarından ən qısa müddətdə apellyasiyaya veriləcəyini vəd edib.

Az öncə Detroyt şəhərinin federal məhkəməsinin hakimi Viktoriya Roberts də Trampın 7 müsəlman ölkəsi vətəndaşlarının ABŞ-a girişinin qadağan olunmasına dair fərmanının müvəqqəti dayandırılmasına dair qərar qəbul etmişdi.

Səxavət


Müəllif: