Avstriya polisinin paytaxt Vyanada keçirdiyi əməliyyat nəticəsində 22 nəfər saxlanılıb.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, onların hamısı milliyyətcə çeçendir.
Saxlanılan şəxslərdən odlu silah götürülüb. Əməliyyat Vyananın Floridsdorf rayonunda keçirilib.
Saxlanılanlar toy şənliyinə qatıldıqlarını bildirsələr də, yaşadıqları evlərin yaxınlığında silah-sursat aşkar edilib.