5 Fevral 2017 00:35
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçli fiziklər tərəfindən yaradılmış tranzistorda informasiya daşıyıcısı funksiyasını elektrik siqnalı deyil, istilik axınları yerinə yetirir.

Trend-in məlumatına görə, İsveçin Linçopinq Universitetinin alimi Ksavye Krispin bildirib ki, ötən il onun komandası tərəfindən son dərəcə maraqlı termoelektrik xüsusiyyətlərə malik qeyri-adi üzvi polimer kəşf edilib. Polimerin enerji ilə mənfi doldurulmuş zəncirləri temperatur dəyişikliyinə zəif reaksiya verir, nəticədə şaxta və qızmaya güclü reaksiya verən enerji ilə doldurulmuş müsbət ionlarla qarışığı termokondensatora çevrilir.

Krispin və onun həmkarları bu maddələr kombinasiyasını kəşf etməklə informasiya daşıyıcısı qismində istilikdən istifadə edən daha mürəkkəb qurğuların yaradılmasında tətbiqi məsələsini öyrəniblər. Hibrid elektron-istilik tranzistorunun yaradılması bu səylərin nəticəsi olub.

Krispinin sözlərinə görə, onun komandası tərəfindən hazırlanmış polimer istiliyə qarşı yüksək həssaslığa malikdir. Bu isə istiliyə əsaslanan tranzistorların tibbi cihazlar, infraqırmızı kameralar üçün "ağıllı piksellər" qismində tətbiqinə imkan verir.


Müəllif:

Oxşar xəbərlər