5 Fevral 2017 10:38
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ polisi Nyu-Cersi ştatının Paterson şəhərindəki atılmış evlərdən birində baş vermiş silahlı insidenti araşdırır.

"Report" xəbər verir ki, bu barədə yerli KİV yazıb.

İlkin məlumatlara görə, naməlum şəxslər 14 və 17 yaşlı iki yeniyetməni güllələyiblər. Qeyd olunur ki, onlardan biri aldığı güllə yaralarından hadisə yerində keçinib.

Ştat polisi araşdırma aparır və cinayəti törətməkdə şübhəli bilinən şəxsləri axtarır.


Müəllif:

Oxşar xəbərlər