8 İyul 2014 17:59
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Con Kerri Əfqanıstanla bağlı bəyanat verib.

Teleqraf.com xəbər verir ki, Kerri bildirib ki, prezident seçkilərindən sonra Əfqanıstanın siyasi elitası arasında yaşanan gərginlik narahatlıq doğurur.

“Ölkənin siyasi elitası arasında gərginlik yaranıb. Ehtimal var ki, “Paralel hökumət” çağırışları öz təsirini göstərəcək. Hazırda, ölkədə dövlət çevrilişi təhlükəsi yaranıb. Bu da narahatçılıq doğurmaya bilməz”, - deyə Kerri bildirib.

Qeyd edək ki, Əfqanıstanda siyasi gərginlik prezident seçkilərinin ilkin nəticəsi açıqlandıqdan sonra yaranıb. Verilən məlumata görə, qalibiyyət keçmiş maliyyə naziri Əşrəf Qani Əhmədzaya məxsusdur.
Onun rəqibi keçmiş XİN rəhbəri Abdulla Abdulla rəqibinin qələbəsini tanımayıb və onu kütləvi saxtakarlıqda ittiham edib.

Ülviyyə


Müəllif: