6 Fevral 2017 15:12
458
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ-ın yeni administasiyası Rusiya və İran arasındakı diplomatik və hərbi əməkdaşlığa mane olmaq üçün yeni addımlar atmaq niyyətindədir".

Teleqraf.com xəbər verir ki, bununla bağlı "The Wall Street Journal" nəşri ərəb və avropalı politoloqlara istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Tramp Suriya münaqişəsini həll etməyə və İŞİD-lə mübarizəni gücləndirməyə çalışır: "İran və Rusiya arasında xüsusi razılıq var. Putinin İranla münasibətləri zəiflətməyinin qarşılığında nə istəyəcəyi məlum deyil".

Vaşinqtonda yerləşən Milli Maraqlar Mərkəzinin rəhbəri Dmitri Saymsın fikrincə, Moskva İrana silah satışını dayandırmaq qarşılığında sanksiyaların ləğvini tələb edə bilər.

Ağ Evin xüsusi nümayəndəsi bildirib ki, Vaşinqton administrasiyası Rusiyanı ABŞ üçün təhlükə hesab etmir: "Tramp ABŞ üçün ən böyük təhlükə kimi İranı göstərir".

Qeyd edək ki, Donald Tramp İranı terrorçuluğun 1 nömrəli sponsoru adlandırıb.

Samir


Müəllif:

Oxşar xəbərlər