Rumıniyada hökümət əleyhinə keçirilən etiraz aksiyalarına artıq yarım milyon insanın qatıldığı açıqlanıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, paytaxt Buxarestdə 300 min, digər şəhərlərdə isə 200 min insan baş nazir Sorin Qrindyanunun istefasını tələb edib.
Yerli media Buxarestdə keçirilən mitinqləri 1989-cu ilin dekabrında Nikola Çauşesku rejiminin devrilməsi ilə nəticələnən inqilabdan sonra ən geniş miqyaslı etiraz kimi təqdim edib. Rumıniya baş naziri isə yerli əhalinin qəzəbinə səbəb olmuş hakim partiyanın həbsdə olan korrupsioner üzvlərinin əfv edilməsi barədə qərarın ləğv edlidiyini bildirsə də, hakimiyyətdən getmək fikrində olmadığını açıqlayıb.
Bu arada ölkə prezdenti Klaus Yohanson hökumətə müraciət edib: "Parlamentə hökumət tərəfindən təqdim edilən və etirazlara səbəb olan Cinayət Məcəlləsindəki düzəlişlərə dair müraciət etmək istəyirəm. Parlamentin hər iki palatasının sabah yerli vaxtla 12:00-da birgə bəyanat yaymasını təklif edirəm".
Qeyd edək ki, korrupsiyaya görə həbs edilən məmurların azadlığa çıxmasına yol açan fərmanın qəbulundan sonra Rumıniyada etiraz aksiyaları başlayıb.
Samir